Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Hattrick Tarixi

Mövsüm 81 (4 Aprel 2022)

A new set of Missions is being released, targeted at teams without progress for many seasons. You can now join an additional Local Circle. Hovering above a player link in the forum now lets you check the name, age, owner etc. without having to leave the page you are on. We have also added an extended highlights mode for the match report page.

The training planner gets an upgrade, where you now among others can create multiple training plans. We now unveil family links in Hattrick and show for every new player if they are related to other possibly famous Hattrick characters.

Players now can get trophies too if they played part in their team becoming champions. Better sponsor rewards have been negotiated in order to offer a better risk/reward balance.

Mövsüm 80 (13 Dekabr 2021)

Match commentators come better prepared to matches, sharing more information about players, teams and previous performances. You can never have enough achievements, so we added some more of them.

A new database server is being taken into use, meaning more storage, more power to calculate etc. giving us more options to do what we would like to do in the future. With ’Preferred Series’, you can choose your preferred path through the Hattrick League system, whether it is up, down or even if you stay in the same league level.

Matç təlimatları səhifəmizi yeni funksiyalarla təkmilləşdirdik və daha sürətli etdik. Daha yaxşı stadion inteqrasiyası ilə, digərləri ilə yanaşı, ev sahibi komandanın stadionu matçlar üçün fon kimi istifadə olunur, eləcə də siz indi meydançanız üçün ot kəsimi modelini də seçə bilərsiniz.

The player pages get an upgrade, making it easier to have key info about them at hand. More info is being shown as well, such as injuries, red cards and goals.

Mövsüm 79 (23 Avqust 2021)

This season we kick off with a limited edition league, ’Apache league’, where participating teams over the course of six seasons try to reach the top. Several app improvements are being released, such as a forum search, player goals and caps and much much more.

National Team federations are now open for all including users who are non-Supporters. You can now have a separate shirt design for your goalkeepers. We also added more achievements for you to go after.

The match tactics Pressing, Attack on wings, and Attack in the Middle see some changes in order to balance these three tactics against all other available tactics in Hattrick. From now on you can accept missions which can be triggered at certain points in your Hattrick career and give you additional goals to achieve.

The new Stadium designer also makes its appearance in our app together with a few small improvements. In order to avoid circumventing the spending limits of the Board Reserves, the Board may decide to keep cash in the reserves for certain sold ’Gold Bar’ players who did not play frequently for your club.

Before the start of each new season, you may now pick a sponsor out of five offers and offer you interesting choices depending on how much risk you are willing to take.

Mövsüm 78 (3 May 2021)

Yerli Məkanlar ilə siz indi eyni ərazidə olan digər menecerlərlə söhbət edə və Duelə çağıra bilərsiniz. Tələbələr indi təlimçiləri ilə birlikdə oyunla tanış olarkən çatdan istifadə edə bilərlər.

An improved Stadium designer tool returns after not being available for a while because Flash was being retired. We also have added a whole bunch of new stats and related features.

Anyone who loves achievements is being spoiled with many new achievements to sink their teeth into. Apart from several improvements to the new Match Kit Designer, we have also made it available to our app users.

Mövsüm 77 (11 Yanvar 2021)

We kick off with a new World Cup system which has a more flexible format that allows all 144 countries to compete. We also introduce new continental championships for Europe, Africa, the Americas and Asia-Oceania.

We present a new tournament format where a loss doesn’t mean elimination from the tournament right away. An improved Lineup Simulator is making it possible to simulate Weather, Venue, Team Spirit and Team Confidence with a custom lineup of your choice.

Finally the new Kit Designer makes its appearance after we had to say goodbye to Flash some months ago. We added a Chat Portal which should give you a much better overview of chats that you are a member of.

The fixtures page now shows a graph showing relative positions for all teams in the series throughout the season, as well as an interactive cross table where you review the home/away record for any given team against any other team. We also released a new Achievements overview page.

Mövsüm 76 (21 Sentyabr 2020)

Myanma, Zambiya, San Marino, Puerto Riko və Haiti bu mövsüm Hattrick ailəsinə qoşulur. Məşqlə bağlı bəzi vizual dəyişiklikləri işıq üzü gördü.

Our app gets a major update where many features from the site now are being included in the app as well. You can now create tournaments and invite teams. You can see the skill development, salary and injury history, and memorable events of your players. And then we only mentioned a fraction of what was added.

Dünya səhifəsi tamamilə yeniləndi. Biz həmçinin Klub Tarixi səhifəsinə komandanızın mövsümlər üzrə liqa və kubokda irəliləyişini (və ya çatışmazlığını...) göstərən yeni qrafik əlavə etdik.

Mövsüm 75 (1 İyun 2020)

Beliz, Botsvana, Madaqaskar və Saint Vinsent və Grenadines ilə biz Hattrickdə dörd yeni liqanı qarşılayırıq. Bir neçə məşq xüsusiyyətlərini də istifadəyə veririk və bunlar arasında müəyyən vaxtda nə məşq etdiyinizi yoxlaya biləcəyiniz Məşq Tarixçəsi səhifəsi də var.

Duellər və turnir matçları üçün həmin matçları 3 və ya 6 dəfə daha sürətli oynamağa imkan verən parametr əlavə edilib. Hattrickin interfeysi genişlənir, beləliklə, işləmək üçün bizə daha çox yer verilir. Həmçinin, yenilənmiş liqa səhifəsi və transfer axtarış yeniləməsi kimi bir neçə səhifəyə yeni funksionallıqlar əlavə edilib.

Mövsüm 74 (10 Fevral 2020)

Matç şərhçiləri sizə matç hadisələri olaraq kubok statusu, zədəli və ya cəzalı oyunçular barədə daha dolğun məlumat verir. Təlim planlaması ilə gələcək bacarıqları və maaşları müəyyən məşq parametrlərinin vasitəsilə təxmin edə və planlaya bilərsiniz.

Ofisim bölməsindəki təkmilləşdirilmiş təqvim həm indi, həm də qarşıdakı həftələrdə nəyin vacib olduğuna dair daha yaxşı icmal verir. Biz Ofisim bölməsindəki "söhbət kartları"na bir neçə düzəliş edərək heyət üzvlərinizin sizə komandanız və oyunçularınız haqqında vacib xəbərlər çatdırmasına çalışdıq.

Güc Reytinqi komandanızın gücünü yalnız sektor reytinqləri və oyunçu ulduzlarından əlavə komandanızın gücünü ölçmək üçün yeni bir üsuldur və son 14 rəsmi matçınızdan ən yaxşı 7-si əsasında hesablanır. Milli Komandalara bəzi yeniləmələr əlavə olundu, məsələn, baş məşqçinin köməkçiləri indi yoldaşlıq oyunu təyin edə bilərlər.

İndi öz liqa turnirinizi yarada bilərsiniz. Yenilənmiş oyun öncəsi səhifə Canlı səhifəyə daha çox uyğunlaşdırıldı. Bot komandaları məğlub etmək daha çətin olur, çünki onların daha çox seçimləri olacaq.

Mövsüm 73 (21 Oktyabr 2019)

Efiopiya və Konqo Demokratik Respublikası Hattrick-ə əlavə olunan növbəti ölkələrdir. Öz liqanızın komandaları ilə birgə artıq Divizyob Döyüşlərində iştirak etmək şansınız var.

Liqa səhifəsi artıq daha müasir görünüşə sahibdir. Düzülüş simulyatorunda artıq alacağınız futbolçunun əvvəlcədən sizin komandaya necə təsir göstərəcəyini yoxlaya bilərsiniz. Artıq dağ matçlarını və ya duelləri, əgər hər iki menecer razıdırsa, daha sürətli başlaya bilərsiniz.

Matç şərhçiləri sizə daha çox informasiya verəcəkdir. Mobil əlavədə yeni tünd fon funksiyası istifadəyə verilib.

Ofis bölməsində vacib məlumatlar veriləcək. Milli komanda skautlarının rolu artıq daha mühümdür və Mİlli üçün gələcək vəd edən oyunçuları artıq bir siyahıda toplamaq mümkündür.

Mövsüm 72 (1 İyul 2019)

Bizim mobil əlavəyə bəzi funksiyalar artırılıb - Yoldaşlıq matçları üçün və Milli matçlarını izləmək üçün. Həmçinin qeyd etməliyik ki, mobil əlavədə matç təlimatları səhifəsi təkmilləşdirilib.

Minimum dözümlülük mışqi 5%-dən 10%-ə dəyişdirilib. Mentorlar yeni istifadəçilərə etdiyi köməyə görə tanınmağa başlanıb. "Transfer perspektivləri" və "Əlavə avtotəklif" funksiyaları yaradılıb.

Milli komandalar üçün məşq səhifəsi və Mışqçi köməkçiləri əlavə olunub. Artıq HT məktublarına və forum postlarına dərc etməmişdən öncə baxmaq mümkündür.

Mövsüm 71 (11 Mart 2019)

Kubok və matç sonrası hesabat səhifəsində əsaslı dəyişiklik olunub. Facebook və müntəzəm girişdən başqa, indi oyuna Google hesabınızla da daxil ola bilərsiniz.

Mövsüm 70 (19 Noyabr 2018)

Son 7 ildə Hattrick-ə yeni liqalar əlavə olunub. Komor adaları, Kurasao, Quam, Şri Lanka, San Tome və Prinsipi Hattrick ailəsinə qoşulub. Gənclər akademiyası üçün çixsaylı yeniliklər tətbiq edilib. Ən əsası matç təlimatları səhifəsində mühüm dəyişikliklər edilib ki, bu da istifadədə daha rahat və əlverişlidir.

Mövsüm 69 (30 İyul 2018)

Hattrick tam olaraq mobilləşdirilmişdir! İlk dəfə olaraq istifadəçilər smartfonlarından bütün komandalarına nəzarət edə bilirlər. Bu iş yekunlaşdıqdan sonra diqqətimiz veb saytın yenilənməsinə yönəlib. Duellər yaradılıb. Transfer müqayisəsi, Transfer siyahısı, Həftənin komandası səhifələrində yenilənmə işləri aparılıb.

Mövsüm 68 (9 Aprel 2018)

İnkişaf komandası mobil tətbiqin yeni versiyası üzərində böyük işlər görmüşdür.

Mövsüm 67 (16 Dekabr 2017)

Bildiyimiz kimi dizayn müsabiqəsi saytın gələcəyini təyin etmək üçün keçirilmişdir. Qaliblər ikinci mərhələyə yüksəlmişdilər ki, burada Hattrick komandası ilə birgə böyük işlər görüləcək.

Mövsüm 66 (28 Avqust 2017)

Nəsillər kubokunda sizinlə eyni vaxtda qeydiyyatdan keçmiş digər menecerlərlə mübarizə apara bilərsiniz. Yeni məşq səhifəsi təqdim olunub ki, burada daha dolğun planlama qurmaq olar. Həmçinin, məşq prosesinə təsir edən amilləri nəzərdən keçirmək mümkündür.

Mövsüm 65 (8 May 2017)

Çat bölməsində bəzi yeniliklər mövcuddur. İndi lazımi çatı tapmaq və daxil olmaq daha asandır.

Matç təlimatları səhifəsinin dizaynı tamamilə yenilənib və artıq ehtiyyat oyunçular skamyasına 7 futbolçu daxil edilə bilər. Həmçinin yaxşı start heyət qurmaq üçün bir neçə köməkçi funksiyalar da var.

Mövsüm 64 (16 Yanvar 2017)

Hattrick International sizə dünyanın istənilən bölgəsindən olan menecerlərlə mübarizə aparmağa imkan yaradır. Daha nə kimi yeniliklər var? Növbəti 6 mövsüm ərzində kimin çempion oludğunu görmək də çox maraqlı olacaq.

Zədələr və onların səbəbi indi daha tam şəkildə təsvir olunur. Sağalma müddəti də daha dəqiq hesablanır. Komanda təhlili alətinə tək matçların analizi və bəzi yeni funksiyalar əlavə olunmuşdur.

Platin və Almaz supporterlərin təklifi bizə futbolçunun akademiyadan yüksəlmə vaxtını yada salma funksiyasını yaratmağa sövq edir.

Mövsüm 63 (26 Sentyabr 2016)

Komanda təhlili alətində əsas yenilənmə odur ki, siz Supporter istifadəçisinizsə o zaman nəinki komandanı həmçinin futbolçuları da təhlil edə biləcəksiniz. Həmçinin supporteri olmayan lakin kreditləri olan istifadəçilər Matç Təkrarı funksiyasından istifadə edəcək.

Brauzer bildirişləri funksiyası bir çoxları üçün əlverişlidir. Milli liqa səhifəsi yenilənib və indi bir neçə maraqlı statistikalar hazırki çempion və kubokun qalibini göstərir.

Gənclər akademiyası olanmenecerlər ümün bir çox yeniliklər var. Məsələn, məşqin nəticələri daha tez məlum olur və skautlar artıq sizə 17 yaşlı oyunçuları təklif etmirlər. Əgər sizin gənclər akademiyanız yoxdursa, o zaman skautlar şəbəkəsi artıq sizə 19 yaşlı oyunçuları təklif etmirlər.

Mövsüm 62 (6 İyun 2016)

Yeni canlı izləməni təqdim etdikdən sonra Hattrick-də matçları canlı izləmək daha da əyləncəli olmuşdur. Həmçinin biz matç ərzində maraqlı və yenilənmiş statistikanı də təqdim edirik. Həmçinin hakim oyuna əlavə vaxt təyin edə bilər və matçda xüsusi çat bölməsi var ki burada rəqibinizlə və öz liqanızdakı digər menecerlərlə söhbət edə bilərsiniz.

Komanda təhlili aləti ilə siz rəqibinizin əvvəlki matçlarını qısa zaman ərzində analiz edə bilərsiniz.

Mövsüm 61 (15 Fevral 2016)

Artıq biz ilahi səviyyədən üstün olan səviyyələri göstəririk. Ustad sistemi ustadların və tələbələrin təcrübəsini artırmaq üçün təkmilləşmişdir.

Mövsüm 60 (26 Oktyabr 2015)

Bu mövsümdən etibarən heyət strukturunda dəyişikliklər baş verəcək və heyət üzvlərinə müqavilə veriləcək. Siz taktiki köməkçi işə götürə bilərsiniz spikerlər isə təqaüdə göndəriləcək.

Sonda biz HT vaxtından azad olduq. İndi siz yaşadığınız ölkədən asılı olaraq saat qurşağını seçə bilərsiniz. Və artıq bundan sonra Mərkəzi Avropa saatını hesablamağa ehtiyac qalmayacaq.

Mövsüm 59 (6 İyul 2015)

Matçları analiz etmək daha asan olacaq, çünki matç sonrası bütün qol imkanları haqqında statistika təqdim edirik. Heç bir matça aidiyyatı olmayan və sadəcə olaraq yoxlamaq üçün düzülüş simulyatoru təqdim etdik.

18-ci doğum günümüzdə, bütün oyunçular üçün maaş statistikasını və hər oyunçunun cari klubunda vurduğu qolların statistikasını təqdim etdik. Həmçinin 32 və 64 komandalı turnirlər də təşkil edib iştirak etmək olur.

Hattrick-in tərcümə edilmiş yeni dili - İndoneziya dilini təqdim etməklə qürur hissi duyuruq. Mobil tətbiqetmə üçün öz çat sistemimimizi qurduq. Artıq liqanızın üzvləri, matç rəqibiniz və ya federasiya daxilində digər üzvlərlə ünsiyyət qura bilərsiz.

Mövsüm 58 (16 Mart 2015)

Komanda güvənliyi daha təxmin edilə bilən olacaq və ani düşüş daha az baş verəcək. Matça çıxmayan komandalar üçün məşq cəzası aradan qaldırıldı, yəni ki, həmin həftədə digər matçda oynayan oyunçular məşq alacaqlar. Həmçinin, matç sonrası 11 metrlik cərimə zərbələri daha tez bitəcək.

Supporter-lər Şərəf Lövhəsində olan oyunçularını akademiya skautlarına, akademiya məşqçilərinə və komandanın digər heyət üzvünə çevirə bilərlər. Bir çox insanlar tərəfindən də təklif edildiyi kimi, mobil tətbiqetmələrimizdə sosial bölmə də var ki, orada Hattrick forumlarını oxuya, yaza həmçinin HT məktublarını idarə edə bilərsiz.

Neçə illərdir təcrübəli istifadəçilərin digər yeni istifadəçilərə Hattrick-i öyrətdiklərinin şahidi olmuşuq. Artıq onlar üçün yeni menecerləri öyrətmək üçün daha asan platforma yaratmışıq.

Xüsusi turnir kubokunda hər mövsümlər arası fasilədə bütün Supporterlər iştirak edə biləcək. Adi Kubok matçlarından daha intensiv, tamamilə beynəlxaq, və yarış zamanı bütün iştirakçılar üçün əyləncəli sürprizlər olacaq.

Mövsüm 57 (24 Noyabr 2014)

Yeni mobil səhifənin və yenidən dizayn edilmiş iPhone və Android tətbiqetmələrin təqdim olunmasına çox sevindik. Düşünürük ki, İnterneti daha mobil istifadə etməyi sevənlər üçün əla bir təcrübə olacaq.

Supporter-lər öz Şəbəkə siyahısını tərtib edə bilərlər. Açıq Turnirlər isə menecerlərə dəvətsiz istənilən turnirə qoşulmağa icazə verir.

Mövsüm 56 (4 Avquest 2014)

Kubok sisteminin dizaynını tamamilə dəyişmişik ki, daha çox komandalar bu çür möhtəşəm kubok həyacanını yaşaya bilsin. Əlavə olaraq aşağı divizionlar üçün biz Divizion Kubokları təqdim edirik. Eyni zamanda əvvəlki ilə müqaisədə pul mükafatı həm daha artıq həm də ilkin mərhələlərdə olacaq.

Amerika İngilis dili ilə Hattrick 55-ci dilini təqdim edir.

Mövsüm 55 (14 Aprel 2014)

Bu mövsümdə nəhayət ki, çox gözlədiyimiz yeni heyət sistemi dünyaya göz açacaq. Və istifadəçilər daha maraqlı və mənalı heyət üzvlərini işə götürə biləcək.

Aşağı divizionlarda irəliləmə sistemində dəyişikliklər baş verib və nəticədə kvalifikasiya matçlarının sayı çoxalıb və mövsüm ərzində daha çox matç keçirilir. Əlavə olaraq mükavat məbləği də artırılır.

Eyni vaxtda 1-dən çox turnirdə iştirak etmək artıq mümkün olur. Bir göz qırpımında oyunçularınızın zədələrini görə bilərsiniz. Menecer Şəbəkəsi vasitəsilə bütün Hattrick istifadəçiləri onları maraqlandıran komandaları və menecerləri izləyə bilər.

Yeni ad dəyişməsi və əlavə matç hadisələri ilə yeni Cihaz məhsulları əlavə etdik. Əgər bunlar bəs etmirsə, mövsümdən kənar yoldaşlıq görüşlərini də təqdim edirik ki, həftəlik yoldaşlıq görüşü təşkil etməsəz həftəsonu Hattrick matçı olacaq.

Brilyant Supporterin yeni bağlayıcısıdır və onun köməyi ilə havayı bütün Cihaz məhsulları istifadə edə bilərsiniz. Həmçinin xüsusi olaraq Replay funksiyası daxil edilib hansı ki, matçın daha on dəfə müxtəlif keçirilmə variantlarının nə ilə nəticələnə biləcəyini yoxlamağa imkan verir.

Mövsüm 54 (23 Dekabr 2013)

Yeni məşq vasitəsi Supporterlərə imkan verəcək ki, istənilən bacarıq növündə növbəti səviyyəyə nail olmaq üçün hər bir oyunçuya tələb olunan məşqi qiymətləndirə bilsin.

CHPP tətbiqetmələri üçün daha yaxşı dəstək olduğuna görə, indi tərtibatçılar daha gözəl, yeni və maraqlı tətbiqetmələr yarada bilərlər.

Hattrick forumlarının həyatında ilk dəfə Hattrick oynamayan qonaqlar da forumlarda yazılanları oxuya bilərlər. Federasiyalara pillələr təklif edirik. Gələcəkdə Supporterlərin imkanı olacaq ki, matç zamanı reytinqlərin necə inkişaf etdiyini seyr etsinlər.

Bu mövsümün sonunda Maliyyə Fair Play elan olunub ki, beynəlxalq Hattrick liqa sistemində daha çoxlu səviyyəli oyuları təmin etmək mümkün olsun.

Mövsüm 53 (2 Sentyabr 2013)

Nəhayət ki, çox illərdən sonra Hattrick illik icma səsverməsinin tələbinə əsasən Qızıl Qol qaydasına əlvida deyir. Həmin səsvermə sayəsində siz artıq standart düzülüşlərinizi görə, korrektə və ya ləğv edə bilərsiniz.

Əsas komandanın mövsümü fasiləsi zamanı Gənc komandanıza artıq bir həftəlik istirahət verilməyəcək.

Mövsüm 52 (13 May 2013)

Dağlar daha çox hərəkət, daha çox rəqabət və ya daha əyləncəli atmosferdə oynamaq istəyənlər üçün sürətli olan alternativ yarış növüdür. Azərbaycan dili Hattrick-in 54-cü dili olur. Hattrick-i daha da dostca etmək üçün hesab statusu səhifəsi açıldı.

Maliyyə problemlərinə görə Zattika Hattrick-i köhnə sahiblərinə satır. Xoşbəxtlikdən, Hattrick öz işinə davam edir, amma çox təəssüflə bildirməliyik ki, çox hörmət etdiyimiz əməkdaşlarımız HT-Klas və HT-Tjecken-lə sağollaşmalıyıq.

Mövsüm 51 (21 Yanvar 2013)

Sosial şəbəkələrdə nəticələrinizi dostlarınızla paylaşa və qəhrəmancasına qazanılmış qələbədən və ya haqsız məğlubiyyətdən danışa bilərsiz.

Hattrick Supporter artıq bir məhsul deyil, üçdür: Platin, Qızıl və Gümüş. Hər ölkə üçün nəzərdə tutulmuş fərdi qiymətlər əvvəlki qiymətlərə nisbətdə Supporteri daha ucuz qiymətə almaq imkanı yaradır.

Bir çox insanlar şübhələnirdi ki, əgər biz son Balls Aprel Zarafatından sonra daha yaxşı ideya düşünə biləcəyikmi. Hakimlərin təqdim edilməsi çox əla addım idi. Siz həmçinin dostlarınızı Hattrickə dəvət etməklə mükafat xalları qazana bilərsiz.

Mövsüm 50 (1 oktyabr 2012)

Reytinq qrafikləri yeni detallaşdırılmış matç reytinqlərinin dəyərini daha da artırır. Duellər sizə istədiyiniz komanda ilə oynamağa və cədvəldən kənar daha çox matç keçirməyə imkan yaradır.

Bizim Supporter paketimizə Transfer imkanları, Klub mövzuları və Klub loqosunun redakta olunması kimi yeniliklər əlavə olundu. Həmçinin bəzi köhnə Supporter funksiyaları hamı üçün əlverişli edilir.

Avtotəklif əcaib vaxtlarda oyunçuların alınması üçün istifadəçilərə sərbəstlik yaradır. Təklif divarı ilə Supporter və Kreditlər almaq üçün real puldan istifadə etməyə də ehtiyac duyulmur.

Mövsüm 49 (11 iyun 2012)

Bizim yeni dəvət mərkəzimiz Hattrick-ə dostlarınızı dəvət etməyi asanlaşdırır. Hattrick Mətbuatı ilə birlikdə biz Yazı Müsabiqəsi təşkil etmişik, harada ki siz öz Hattrick karyeranızdan məqalələr yaza bilərsiniz. Bizim yeniliklərdən biri də o oldu ki, köhnə Menecer Lisenziyasının əvəzinə yeni Menecer Lisenziyası gəldi.

15 il öncə Hattrick dünyaya gəldi və bununla əlaqədər sizin matçlarınız haqqında daha ətraflı reytinq məlumatları verməklə qeyd edirik. Əlavə olaraq bu səhifəni açırıq, Yubiley səhifəsində 15 il ərzində baş vermiş maraqlı faktları bölüşürük.

Bizim smartfon istifadəçilərimiz indi Hattrick-dən iPhone app funksiyaları ilə eyni olan Android app vasitəsilə yararlana bilərlər

Mövsüm 48 (20 fevral 2012)

Əgər siz liqanın son 2 divizionunda oynayırsınızsa, o zaman siz öz liqanıza daha çox dostlarınızı dəvət edə bilərsiniz. Hattrick Turnirləri vasitəsilə, adi oyunlardan fərqli olaraq, oyunçularınıza zərər vurmadan və cərimə kartlarını almadan istədiyiniz komanda ilə oyun keçirə bilərsiniz.

Təriximizdə ən böyük addımlardan biri o oldu ki, Hattrick Zattika-ya qoşuldu, ictimai və mobil oyunlar tərtibatçısı.

Matç formalarınız indi oyun təlimatları interfeysində görünür və son matç yenilənməsindən sonra oynayan oyunçular nişanla qeyd olunur. Bu, kifayət olmamışkən, biz rəsmi Hattrick iPhone əlavəsini buraxıb ki, bu da Hattrick-ə Fcebook vasitəsilə daxil olmağa köməklik edəcək.

Mövsüm 47 (31 oktyabr 2011)

Artıq komandanızda uzun müddət oynayan oyunçuların sadiqliyi onların daha yaxşı çıxışına səbəb olacaq. Hattrick Gears, bir dəfə ödəniş edərkən müəyyən funksiyaları əldə edirsiz. Saytda həmçinin yeni statistika növü tədbiq etmişik ki, bu da Alltid.org.saytının yüngül versiyasıdır. Hattrick Mətbuatı Birləşmiş Hattrick-də yeni bloq əldə edib, eyni zamanda federasiyalar öz şəxsi bloqlarını açmaq imkanını əldə edirlər.

Çox şadıq ki, 2011-ci ilin ən Məşhur Simulyasiya Oyunu qalibi olmuşuq!

Mövsüm 46 (11 İyul 2011)

Matç təlimat forması reytinq təxminləri və oyunçunun ideal mövqe ilə yaxşılaşdırıldı.

Bütün istifadəçilər standart məşq hesabatlarına baxa bilərlər. Supporter-lər dözümlülük və forma yeniləmələri daxil olmaqla yaxşılaşdırılmış məşq hesabatına sahib olurlar. Meydança istifadəsinin və fan klub inkişafının qrafiklərlə nümayişi Supporter xidmətlərinə daxil edilir və CHPP əlavələri ilə matç təlimatlarını göndərmə mümkün olur.

Mövsüm 45 (21 Mart 2011)

Bu mövsümdə Hattrick-də bir çox şey baş verdi. Yeni menecerlər üçün yeni Ofisim səhifəsi Hattrick-in ən böyük dəyişikliyi idi. Hattrick United, Hattrick Widget və Hattrick Open yaradıldı.

Hattrick Supporter öz 10 illik yubileyini qeyd edir.

Kamerun, Özbəkistan, Kuba və Fələstin Hattrick ailəsinin yeni üzvləridir və İsland dili dərc edilir.

Mövsüm 44 (29 Noyabr 2010)

Bir neçə il sonra, Hattrick-də uzun zamandır gözlənilən Ərəb dili yarandı.

Oyundan ümumi (forma) məşqi yığışdırıldı.

Mövsüm 43 (9 Avqust 2010)

Bu mövsüm Hattrick yetkin bir gənc oldu. Bu mövsümün ən vacibi sürətli məşqlər oldu.

Matç motoru narahatçılıq və yuxarıdan aşağı baxma hadisələrinə daha həssas hala gətirildi və xüsusi hadisələr topla oynama faizinə görə bölündü.

Bunlara əlavə olaraq istifadəçimiz jimrtex-in sayəsində yaxşılaşdırılmış bir liqa cədvəlinə sahib olduq. Forumda axtarışın beta versiyasını başlatdıq.

Mövsüm 42 (19 Aprel 2010)

İlk dəfə 4-4-2-yə bağlı olmayan bir matç motoru yaradıldı və bu motor oyunçuları yenidən yer dəyişmə etmədən, bu taktikanı rahat istifadə etməsinə şərait yaratdı.

Maliyyə səhifəsi yeniləndi və mövsüm xülasəsi ilə birlikdə daha ətraflı bir hala gətirildi. Supporter-lər daha yaxşı analiz üçün qrafiklərə sahib oldu.

Mövsüm 41 (28 Dekabr 2009)

Bu mövsüm başlamamışdan əvvəl 6-cı liq və ondan aşağıda olan sahibsiz komandalar ən aşağı liqalara yuvarlandı.

50-ci dil olan Malta dili yarandı.

Mövsüm 40 (7 Sentyabr 2009)

40-cı mövsüm durğun bir mövsüm idi, oyunda heç bir dəyişiklik olmadı. Amma Hattrick-in Facebookda rəsmi səhifəsi açıldı.

Mövsüm 39 (17 May 2009)

Komanda güvənliyi matç motoruna təsiri azaldıldı.

HT-Live daha da yaxşılaşdı. Vyetnam və Makedon dilləri əlavə edildi. Makedon dilinin əlavə edilməsi forumda Makedon-Yunan gərginliyinə səbəb oldu.

Mövsüm 38 (25 Yanvar 2009)

Bu mövsüm akademiyada və yoldaşlıq görüşlərində yoxlandıqdan sonra əvvəlcədən təyin edilmiş şərtli oyunçu dəyişiklikləri oyuna əlavə edildi. Uzaqdan zərbələr taktikası əlavə edildi.

Transfer bazarında aşırı alış-satışın qarşısını alacaq bir yeniliyə keçdik. Bir oyunçunu öz komandanızda oynadığı matç sayından daha çox dəfə transferə çıxara bilməzsiz. Həmçinin heyətinizdə 50-dən çox oyunçu ola bilməmə məhdudiyyəti qoyuldu.

Supporter paketimiz yeniləndi, və ən əsası matç öncəsi analiz səhifəsi əlavə edildi.

Balls-u da unutmayaq. 1 Aprel-də Hattrick yardımçısı Balls oyuna qatıldı və yardım üçün burada olduğunu vurğuladı. Blass Hattrick-in ilk rəsmi 1 Aprel zarafatı idi.

Mövsüm 37 (5 Oktyabr 2008)

Hattrick-in yeni dizaynı Dekabr ayının ortalarında işıq üzü gördü. Yeni dizaynla birgə yeni forum, yeni oyunçu simalar kimi əsas dəyişikliklər oldu.

Yeni dizayn o qədər böyük bir dəyişiklik idi ki, bundan öncəki dəyişikliklər tarixin tozlu səhifələrinə basdırıldı. Amma yenə də, matç təklifi hovuzunu və alt liqalardakı dostlarınızı liqalarınıza dəvət etmə xüsusiyyətlərini də unutmamalıyıq.

Həmçinin bütün dünyada axtara biləcəyiniz yeni transfer axtarış sistemimiz var. Sərbəst zərbələr matç motoruna əlavə edildi, beltxis Hattrick Masters-i iki dəfə qazanan ilk komanda oldu.

Mövsüm 36 (15 İyun 2008)

İstifadəçilərin yaratdığı Hattrick Press ilk yayımına başladı və məktub sistemi yeni xüsusiyyətlər ilə inkişaf etdirildi.

Uqanda və Maldiv adaları Hattrick dünyasına qoşuldu. Yeni komandaların yeni liqalara yerləşdirilməsi sistemi istifadəçi rəqabətini artıracaq şəkildə düzəldildi, aşağı liqalardakılar liqalarında artıq insanların olmamasından əziyyət çəkməyəcək. 45-ci dil olan Furlan dili və test saytımız yarandı.

Mövsüm 35 (24 Yanvar 2008)

Yeni matç motoru bütün görüşlərdə istifadəyə verildi. Məşq dəqiqədən asılı vəziyyətə gətirildi və standart vəziyyətlər bacarıqları digər bacarıqlar kimi işləməyə başladı. Azarkeş gözləntiləri - azarkeşlərin bir oyun öncəsi nə gözləyəcəyi - özəlliyi başladı və istifadəçilərin həyatında vacib bir rol oynamağa başladı.

[LINK]Sezonun Matçı[/LINK], Hattrick stolüstü oyunu, satılmağa başlandı və indiyənə qədər ən böyük futbol sorğusu - Qlobal Futbol İdarəsi - 440 000 möhtəşəm cavab toplayır. Bosniya dili, Tanzaniya və Qətər liqaları yaranır.

Mövsüm sonunda gənclər akademiyalarında şərtli oyunçu dəyişikliklərini yoxlaya bilərsiz.

Mövsüm 34 (4 Noyabr 2007)

Noyabrda 75 000 istifadəçi qoşulur. Məşq sürəti aşağı səviyyələrdə sürətlənir yuxarı səviyyələrdə isə yavaşlayır.

Gənclər akademiyalarında da bir neçə dəyişiklik oldu; artırılmış oyunçu bacarıqları, düzəldilmiş forma və dözümlülük və məşqçilərdən və skautlardan alınan daha yararlı məlumatlar.

Hattrick Xəbərləri, Hattrick xəbər məktubları birini dəfə istifadəçilərlə görüşdü. Farsça dili yarandı, Benin və Suriya Hattrick-ə qoşuldu.

Mövsüm 33 (15 İyul 2007)

Təqvim, dəvət özəlliyi və çatı olan yeni canlı matç göstəricisi ilə Hattrick 10 illiyini bayram edir. Bir az sonra loqo səs verməsi və Supporterlər üçün daha çox tez-tez istifadə edilənlər funksiyası əlavə edilir. Qana, Mozambil, Kamboca və Bruney Hattrick ailəsinə qoşulur və Frizye dili ilə Lüksemburq dili əlavə edilir.

Dözümlülük artıq ayrı bir məşq kimi deyil, toplam məşqin bir faizi olaraq verilir.

Mövsüm 32 (25 Mart 2007)

Hattrick tarixinin əb böyük yeniliyi: Gənclər Akademiyaları! Sadəcə bir ay içində 500 000-dən ço akademiya açıldı. Hattrick daha müasir bir görünüşə sahib olur. İstifadəçilər GM qərarlarına etiraz edib Baş GM-lərə bu mövzuda ərizə yaza bilərlər.

Supporter paketlərinə gənclər akademiyaları üçün daha ətraflı məşq hesabatı əlavə olunur və oyunçuların səhifəsində məşqçinin öz şərhləri yer alır. Mövsüm sonunda hər oyunçu üçün ayrı yaş günü uyğulamasına keçilir(əvvəlcədən bütün oyunçular eyni gün 1 doğulmuş qəbul edilirdi).

Mövsüm 31 (3 Dekabr 2006)

Fərqli bir karyera, nailiyyətlər, istifadəçilərin istifadəsinə verilir. Sponsor gəlirləri artırılır, komisyon və faiz nisbətləri aşağı düşür.

Supporter paketinə yeni matç statistikaları əlavə edilir. Oman və Yəmən liqaları, Belarus, Bask dilləri yaranır. Toplam dil 40-a çatır.

Mövsüm 30 (13 Avqust 2006)

900 000 istifadəçi olur. Artıq yüksək özünə inam görmək mümkündür. Hattrick Masters dörd həftəlik bir turnir şəklinə gətirilir.

3-cü İspan dili və Qırğız dili ilə birgə 4 digər ölkə Hattrick-ə qatılır.

Mövsüm 29 (23 Aprel 2006)

800 000-dən çox aktiv istifadəçi Hattricki oynayır. Matç təlimatları səhifəsi Flash görünüşünə keçir.

Supporter gets a massive upgrade with Hall of Fame, Kit Designer, bigger Buddy list and Trainer Report to name a few. Supporters also start getting compensated for unplanned downtime. AZƏRBAYCAN və İraq Hattrick dünyasına qatılır! Oyun haqqında ümumdünya bir sorğu keçirilir və 200 000 cavab alınır. Möhtəşəm!

Mövsüm 28 (1 Yanvar 2006)

Mövsüm 27 və mövsüm 28 arasında bütün sahibisz komandalar bot komanda halına çevrilir. Sonrakı addım mövsüm sonunda edilən "liq reformu" olur. Əvvəlki liqa sistemi piramida şəklində idisə, yeni sistem qazlı şüşəyə bənzəyir. Bütün sahibsiz komandalar ən aşağı liqaya yuvarlanırlar.

Nəticə olaraq mövsümlərlə sahibsiz komandaların ən alt liqaya düşməsini gözləmək yerinə bir növ təmizlik edilmiş olur.

Hattrick Masters ilk dəfə təşkil olunur. İlk çempion bir Fransız olur: FC Barentin. Bəhreyn, Barbadov, Kabo Verde və Fil Dişi Sahili ölkələri aramıza qatılır.

Mövsüm 27 (11 Sentyabr 2005)

Bir mövsüm içində 100 000 yeni istifadəçi qatılır və toplam istifadəçi sayı 700 000-i keçir. Yeni başlayanlar üçün lisenziyalaşma qaydaları yaradılır. Yeni taktika yaradılır: Yaradıcı oyna. Həmçinin Cinahlardan Hücum adı altında yeni bir məşq sistemi yaradılır.

Supporterlər üçün Liqa sıralaması və stadionuzun görünüşünü dəyişmək üçün Stadion Dizayneri təqdim edildi. Mobil xidmətlər də interaktiv olmağa başladı, məsələn, mobil telefonunuz vasitəsilə transferlərə təklif verə bilərsiniz.

9 dil əlavə edilir. Və nəhayət Hattrick öz vikisinə qovuşur.

Mövsüm 26 (22.05.2005)

600.000 aktiv istifadəçimiz olur. Tərəfdaşlıq paketinə bölgə forumlarının statistikaları daxil edilir.

Mövsüm 25 (30.01.2005)

İspaniya və Hollandiya istifadəçilərinin sayı isveçi keçir  İki yeni məşq tipi yaradılır: ara ötürmə və müdafiə vəziyyəti.

Son xəbərlər bölümü yenidən aramıza qatılır.  FC Hong Kong 100 milyon avro büdcəsini keçir.

Mövsüm 24 (10.10.2004)

500.000 aktiv istifadəçimiz olur.

Kubok oyunlarında dəyişikliklər edilir.  Yeni ölkələr daxil olur.

Karikaturanın meymunsuz variantı.

Mövsüm 23 (20.06.2004)

400.000 aktiv istifadəçimiz olur  Transfer sistemində dəyişikliklər edilir

Bütün komandalar əks-hücuma məruz qala bilir.  Komanda reytinqləri yarı yarıya azaldılır

Yeni dillər əlavə edilir  Tərəfdaşlıqda dəyişikliklər edilir

Mövsüm 22 (29.02.2004)

Yeni ölkələrdən yeni istifadəçilər gəlir

Mövsüm 21 (09.11.2003)

250.000 aktiv istifadəçimiz olur.

Stadion gəlirləri 25 % artırılır. Norveç Dünya Çempionu olur

Mövsüm 20 (20.07.2003)

Təcrübələr oyunçulara təsir edir Məşqçi dəyişdirmə sistemi yenilənir.

Əlavə 6 liqa yaradılır (Litva, Sloveniya, Ukraina, Bosniya və Herseqovina, Vyetnam, Pakistan) və əlavə 3 dil əlavə edilir (Lex, Portuqal və Katalonya). CHPP proqramının funksiyaları artırılır.

Rumıniya U-20 kubokunu qazanır

Mövsüm 19 (30.03.2003)

100.000 aktiv istifadəçi Hattrickdə.. İctimai qazetlərə saytda məlumat yerləşdirmək üçün xüsusi yer ayrılır. BHM (Birləşmiş Hattrick Mətbuatı) və komandanı dəstəkləyənlər sizin hansı liqada oynadığınızdan xəbər aldıqda daha çox biliklərə malik olurlar.

Finland dili də Hattrickə daxil edilir.

Mövsüm 18 (08.12.2002(

Taktika təcrübəsi asanlaşır.

Milli komandada məşq almaq mümkün deyil.

Tərcüməçilər üçün LA işlədilir.

Mövsüm 17 (18.08.2002)

60 min istifadəçiyə çatmışdır.  Bacarıqlarda daha 5 səviyyə yaradılır.

Forumda dəyişikliklər olur  Komanda ruhuna transferlər də təsir etməyə başlayır.

Mövsüm 16 (28.04.2002)

8 komanda Hattrick ailəsinə daxil olur  Mobil servisler hər kəsin ixtiyarında olur.

Köhnədən Dünya Çempionatının özünə aid səhifəsi və loqosu var idi.

HFF yığma oyunçularının maaşının 1/3-nü öz üzərinə götürür. İsveç ilk U-20 kubokunu qazanır

Mövsüm 15 (06.01.2002)

Hazırlıq oyunları, derbi oyunları və milli komandalar yaradılır.

İlk Dünya Çempionatı keçirilir (qalib İsveç)

Bütün komandalar TV gəlirləri əldə edir.

HT-lərin sayı 3-dən 9-a qalxır. Alman dili təqdim edilir.

Mövsüm 14 (16.09.2001)

Altı ölkə hattrickə qatılır və 3 dil seçənəyi olur.

Transfer səhifəsində dəyişikliklər baş verir, komanda ruhunda dəyişikliklər olur.

İlk dəfə mobil xidmət göstərilir. CHPP proqramları yaradılır.

Mövsüm 13 (27.05.2001)

Hattrick Tərəfdar istifadəyə verilir

Tərəfdarlıq təxminən 1.5 euroya başa gəlirdi və bir çox xüsusiyyətlər daşıyırdı.

23 yeni ölkə qatılır.

Bob Sunesson məşhurlaşır.

Mövsüm 12 (04.02.2001)

Yüksəlmə və düşmə olmayanda eyni qrupda qalırdınız.

The beautiful green Hattrick T-shirt is launched, the first thing you could buy in the shop.   Norveç, Danimarka, Suomi və Niderland liqası yaradılır.

Mövsüm 11 (15.10.2000)


Argentina, Almaniya, Fransa, İngilitərə, İtaliya, İspaniya və ABŞ liqaları əlavə olunur.


Oktyabr 2000-də hazırlanan ancaq heç istifadə edilməyən alternativ loqo.
Toplam 15 bacarıq səviyyəsi olur.

Bob Sunesson qapıçı ən məşhur oyunçu olur.

Mövsüm 10 (04.06.2000)

Nostalji görünüşlü son mövsümdür.

Mövsüm 9 (13 fevral 2000)

Hattrick Mərkəzi Statistika Bürosu fəaliyyətə başlayır.

Mövsüm 8 (24.10.1999)

Sezonun sonunda Extralives şirkəti qurulur və Hattrickin inkişafına gətirib çıxarır.

Mövsüm 7 (03.07.1999)

İlk dəfə 4-4-2 taktikasından başqa taktikalar təqdim olundu. Həmçinin oyunçulara şəxsi təlimatlar vermək mümkün oldu.

Mövsüm 6 (14.03.1999)

Bu sezonda maraqlı bir şey olmayıb.

Mövsüm 5(15.11.1998)

Bu mövsümdə elə bir hadisə baş vermədi.

Mövsüm 4(26.07.1998)

Bütün bacarıqlar üçün ayrıca məşq proqramları yaradılır. Per Emilsson ilk dəfə olaraq məşqlərdə bacarıq sərhədlərini aşmışdı.

Buna görə də yeni reytinq sistemi yaradılır.

Mövsüm 3(05.04.1998)

5-ci liqanın əlavə edilməsiylə 1704 istifadəçiyə çatdı. İlk kubok və yoldaşlıq matçı oynandı.

Mövsüm 2 (23.11.1997)

Hattrick 680 istifadəçi və 4 liqadan ibarət idi və məşhur İsveç protalı passange.se-də yerləşirdi. Açıq transfer bazarı sisteminə keçirilir. (əvvəllər hər oyunçuya təklif yollaya bilərdiniz, qarşı tərəf təklifi qəbul edərdisə oyunçu sizin olardı)

İlk milli yığma oyunu olur. İsveç 1-2 Danimarka. Danimarka İsveçin kopyası idi, amma İsveçin revanş alması üçün çox zaman keçməli oldu.

Mövsüm 1 (30 Avqust 1997)

Hattrick 30 Avqust 1997-ci ildə dünyaya gözlərini açmışdır. Oyunun dili isveçcə idi və toplam 16 komanda var idi. İki yoxlanış liqası (A və B) 7 turla oynanırdı. 4-4-2 oyunda icazə verilən yeganə taktikadır və məşq seçimləri ümumi, kondisyon və sərbəst zərbələrdən ibarət idi.

Sayt hər gecə saat 00.30da yenilənmək üçün, oyunları oynatmaq və transfleri həyata keçirmək üçün bağladılırdı. Sabahsı gün oyun nəticələrini görə bilərdiniz.

Original nostalji loqo
Original nostalji loqo
 
Server 070