Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Yeni başlayanlar üçün bələdçi

Bu, Hattrick üçün kiçik bir bələdçidir. Daha ətraflı məlumat üçün qaydalara keçin.

Sizin öhdəliyiniz

Siz kluba aid olan hər bir şey üçün məsuliyyət daşıyan bir menecersiz. Siz taktika və strateqiyanı planlayırsız, hansı məşqi seçəcəyinizə və hansı oyunçunu oynadacağınıza qərar verirsiz. Siz oyunçular alır və satırsız, stadiona investisiya yatırırsız və daha nələr.


Pul

Pul vacibdir, buna görə pulu nəyə xərcləyəcəyinizi ehtiyatla düşünün. Başlıqda ən yaxşı məsələhət budur ki, nəyin vacib olduğunu və pulu nəyə xərcləsəz daha yaxşı olar bilər öyrənməyinizə qədər pulunuzu xərcləməyəsiz.

Siz pulu oyunlardan, sponsorlardan, azarkeşlərdən və satılmış oyunçulardan qazanırsız, və bu pullar oyunçu maaşlarını, işçi heyətini, stadion xərclərini ödəyir – amma həmçinin yeni oyunçuların alınması və stadionun yaxşılaşdırılmasına yatırılır.


Oyunçular

Oyunçularınızı və onların bacarıqlarını tanımaq üçün bir qədər vaxt sərf edin. Bacarıq linklərini klikləyərək cədvəldə hansı səviyyədə olduqlarına nəzər yetirin. Sizin məşqçiniz sizə başlamaq üçün əsas oyunçuları sizin üçün seçmişdir.

Meydançada oyunçular bütün bacarıq növlərindən istifadə edir, amma əvvəlcədən başlayanda əsas bunlara fikir ver:


Mövqe Əsas bacarıq
Qapıçı Qapıçılıq
Müdafiəçilər Müdafiə
Dayaq yarımmüdafiəçilər Yarımmüdafiə
Cinah yarımmüdafiəçilər Cinah
Hücumçular Qolçuluq

Matçlar

Bir Hattrick mövsümü 16 həftədən ibarətdir: 14 liqa oyunları, 1 həftə seçmələr üçün və bir həftə heç bir liqa oyunsuz həftə. Siz liqa matçlarını həftəsonu oynayırsız; həftə-ortası kubok və yoldaşlıq görüşləri oynanılır. Siz menecer kimi ən azından matçlarınız üçün oyun təlimatlarını verməyi unutmayın.

Həmçinin kubokda olmadığınız təqdirdə hər həftə yoldaşlıq görüşü təşkil etməyi unutmayın, yoldaşlıq hovuzundan istifadə edərək daha asan təşkil edə bilərsiz. Yoldaşlıq görüşü oynamaqla hər həftə daha çox oyunçuya məşq verə bilərsiz, və məqşlərinizi maksimumlaşdırmaq sizin üçün çox vacibdir.


Matç əsasları

Qısacası, matç simulyasiyası üç mərhələdə edilir. Hər hissədə müəyyən miqdarda hücumlar edilir:

  • Sizin yarımmüdafiəniz hər hücumu almaq üçün rəqibin yarımmüdafiəsi ilə rəqabətə girir, daha güclü olanın hücumuu alması gözlənilir. Yarımmüdafiə üçün sizin yarımmüdafiəçiləriniz yarımmüdafiə bacarığı əsas rol oynayır.
  • Sizin yarımmüdafiə hücumu “qazanarkən”, necə hücum olduğu qərara alınır (sol, sağ, orta və ya cərimə zərbələri).
  • Daha sonra sizin hücum mövqeyiniz rəqibin müdafiə mövqeyinə qarşı qoyulacaq. Hücumçularınızın qolçuluq bacarığı burda daha çox rol oynayır, və cinah hücumları üçün cinah yarımmüdafiəçilərinizin cinah bacarıqları.

Məşq

Məşq komandanızın inkişafı üçün əsas alətdir, və həmçinin yaxşı pul qazanmaq üçündür (aşağıda daha ətraflı).

Yeni komandanız üçün, məsləhət görərdik ki, məşq üçün bir “əsas” bacarıq məşqi seçəsiz, məsələ qapıçılıq, müdafiə, yarımmüdafiə və ya hücum və həmin bacarığa bir müddət məşq verəsiz.

Məşqin təsiri həftədə bir dəfə olur. Bir oyunçu üçün tam bacarıq məşqi alması üçün, uyğun mövqedə həftə içi 90 dəqiqə oynamalıdır. O vaxtdan çox oynadığı təqdirdə, əlavə məşq almır. Ona görə məsələn tam yarımmüdafiə məşqi almaq üçün dayaq yarımmüdafiəçi kimi oynamalıdır, və ya hücum məşqi üçün hücumçu kimi oynamalıdır və sayr.


Transfer

Siz yeni oyunçuları transfer bazarından alırsız, və siz burda həmçinin öz oyunçularınızı satırsız. Məsləhətimiz bu olardı ki, oyunçunun normal dəyərini bilmək üçün “transfer müqayisəsi”ni yoxlayasız.


İşçi heyəti

İşçi heyəti klubunuzun inkişafına kömək göstərir. Bir qədər köməkçi məşqçi cəlb etmək həmişə xeyirlidir, çünki onlar məşqi yaxşılaşdırırlar. Bundan başqa digər işçi heyətinə elə də təcili ehtiyac duyulmur, ona görə bir qədər vaxt sərf edib kimisə cəlb etməmişdən əvvəl hər işçi növü barədə öyrənir. Siz işçi heyəti haqqında burda daha çox məlumat ala bilərsiz.


Meydança

Elə bir vaxt gələcək ki, siz meydançanızı böyütmək istəyəcəksiz, amma bundan əvvəl meydançanızın tam dolmasını gözləməniz düzgün olardı. Bundan əvvəl etsəniz, pulunuzu havayı sərf etmiş olacaqsız.


Gənc oyunçular

Öz gənc oyunçunuzu əsas komandaya cəlb etmək çox əyləncəlidir, amma buna qədər bir qədər pul xərcləməli olacaqsız, buna görə oyunu daha yaxşı öyrənməyiniz yaxşı olardı ki, pulunuzu havayı xərcləməyəsiz.


Komandanı qurmaq strateqiyaları

Yeni komanda kimi, indi üçün yox gələcək üçün komanda qurmağınız yaxşı bir strateqiyadır. Gələcəyin komandası təbii ki, cavan oyunçulardan qurulur, buna görə komandanızı onların ətrafında qurmaq daha məsləhətlidir. Hərdən ən yaxşı oyunçularınızı satmaq belə məsləhətlidir ki, gənc istedadlı oyunçuları almaq üçün pul toplayasız.

Məşqinizə diqqət yetirin və komandanızın bir hissəsini qurun. Əsas komandanın oyunçularını liqa matçlarında oynadın və yoldaşlıq görüşlərində oynadaraq məşq vermək üçün daha bir neçə oyunçu (məşq verdiyiniz bacarıqda yetərli-yaxşı olan cavan oyunçular) alın. Karyeranızın əvvəlində digər məşq verdiyiniz oyunçuları da liqa matçlarında oynada bilərsiz, əgər bu mümkündürsə. Bu oyunçular daha sonra (onların bacarıqla bir neçə səviyyə artandan sonra) aldığınız qiymətdən daha baha qiymətə sata bilərsiz – komandanızı gücləndirmək üçün lazım olan pulu qazanmaqla.

Məşqinizi maksimum etmək üçün matç düzülüşlərindən istifadə edin, ən azından yoldaşlıq görüşlərində. Məsələn əgər hücum məşqi verirsizsə, ən azından həftədə bir matçda 3 hücumçu ilə çıxın. Və əgər müdafiə məşqi verirsizsə, 5 müdafiəçili düzülüş ilə oynayın.


 
Server 070